1xeber.media xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı oliqarx Roman Abramoviçlə görüşündə Kiyevin Donbasdan əl çəkməyəcəyini bildirib.
Nəşr Abramoviçin Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevdə olduğunu aydınlaşdırır.
Bir müddət əvvəl Ukrayna lideri Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə mesajını rusiyalı milyarder Roman Abramoviç vasitəsilə çatdırmışdı.
Qeyd edilib ki, Zelenski Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərkən onunla görüşməyə ümid etməyib.
















