Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə ümumtəhsil müəssisələrində aparılacaq irihəcmli təmir işləri ilə bağlı tenderə yekun vurub.
1xeber.media Banker.az -a istinadla xəbər verir ki, “Respublika üzrə ümumtəhsil müəssisələrində cari təmir və kommunal-kommunikasiya işlərinin satınalınması” üzrə keçirilən açıq tenderin qalibi “Elite Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
İdarə ilə qalib şirkət arasında artıq satınalma müqaviləsi imzalanıb. Müqavilənin ümumi maliyyə dəyəri 3 667 589 manat təşkil edir.
Şərtlərə əsasən, “Elite Construction” MMC respublika miqyasında məktəblərin cari təmirini həyata keçirəcək, həmçinin təhsil müəssisələrinin kommunal və kommunikasiya xətlərinin saz vəziyyətə gətirilməsi işlərini icra edəcək.
















