Ermənistan və Azərbaycan hələ də Ermənistanın Tavuş rayonunun Nerkin Voskepar (Aşağı Əskipara - red.) kəndində sərhəd hasarının tikintisini başa çatdırmayıblar.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) "Sputnik Armenia"nın sorğusuna cavab olaraq açıqlayıb.
"Nerkin Voskeparın sərhəd hissəsində sorğuda göstərilən koordinatlarla tikanlı məftil baryerlərinin tikintisi üçün müvafiq işlər görülür", - deyə məlumatda qeyd olunub.
Xəritədəki qırmızı xətt Bağanis və Voskepar kəndləri yaxınlığındakı demarkasiya nəticəsində tikilmiş hasarı, narıncı xətt isə hasarın hələ tikilməmiş bir neçə yüz metrlik hissəsini göstərir.
















