"Atatürkün qurduğu partiyanı gecə klubu masası səviyyəsinə salıblar".
1xeber.media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında deyib.
O, Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində baş verən hadisələrə münasibət bildirİB: "CHP-nin 38-ci qurultayı ilə bağlı müzakirələrə gəldikdə, qurultayı məhkəməyə verən və şikayət edənlər CHP üzvlərinin özləridir. Qazi Mustafa Kamalın partiyasını üzr istəyərk deyirəm, gecə klubu masaları səviyyəsinə endirənlər də özləridir.
Daxili fikir ayrılıqlarını məhkəmə qərarları çərçivəsində dinc və sakit şəkildə həll etmək əvəzinə, bəzən bizi, bəzən məhkəmələri, bəzən də medianı günahlandırırlar. Bununla da özlərini günahlandırmaqdan çəkinirlər.
















