İyunun 15-də Bakıda və Abşeron yarımadasında günün birinci yarısında yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi və şimşək çaxacağı gözlənilir.
1xeber.media bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda və yarımadada hava dəyişkən buludlu olacaq, günün ikinci yarısında isə yağıntı kəsiləcək.
Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək, temperatur gecə 18-21° isti, gündüz isə 26-29° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm-dən 760 mm civə sütununa yüksələcək, rütubət isə 65-75% olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti qeyri-sabit keçəcək, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan yağacağı və dolu düşəcəyi gözlənilir. Yağıntıların xüsusilə dağlıq və dağətəyi bölgələrdə güclənəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.
Bölgələrdə temperaturun gündüz 28-32° isti, dağlarda isə 18-23°, bəzi yerlərdə isə maksimum 25-28° isti olacağı proqnozlaşdırılır.

















