İran Parlamentinin sədri Məhəmmədbağır Qalibaf və xarici işlər naziri Abbas Arakçı ABŞ-la müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər.
1xeber.media xəbər verir ki, bu barədə "Nyu York Tayms" İranlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, 19 iyunda nəzərdə tutulan imzalama mərasimində ABŞ-ı vitse-prezident Ceyms Di Vens təmsil edəcək.
Mərasimin baş tutacağı təqdirdə bu, Vaşinqton və Tehranın son 47 il ərzində ən yüksək səviyyəli görüşü olacaq.

















