ABŞ Karib dənizində narkotik daşıdığı iddia edilən bir gəmiyə zərbə endirib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı sosial mediada məlumat verib.
Bəyanatda deyilir: "Kəşfiyyat gəminin Karib dənizində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib".
Hücumda iki nəfər ölüb, altı nəfər sağ qalıb. Cənub Komandanlığı əlavə edib ki, axtarış-xilasetmə sistemini aktivləşdirmək üçün dərhal ABŞ Sahil Mühafizəsinə məlumat verib.
May ayının sonlarında ABŞ-ın Cənubi Amerika sahillərində gəmilərə hava hücumlarında 200-dən çox insanın öldüyü bildirilib.
















