Donetsk Xalq Respublikasının Konstantinovka şəhərində Rusiya qoşunları aktiv hücumlarını davam etdirir və yaşayış məntəqələrini təmizləyir.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 22-də DXR rəhbəri Denis Puşilin bildirib.
"Konstantinovkanın özündə qoşunlarımız şəhər ərazisində aktiv hücum əməliyyatlarını davam etdirir. Yaşayış məntəqələri düşməndən təmizlənir", - Puşilin Vesti xəbər agentliyinə bildirib.
Onun sözlərinə görə, şəhərin cənub-qərbində Ukrayna Silahlı Qüvvələrinin (USQ) sursat anbarı məhv edilib və bu da düşmənin logistikasına böyük maneə törədib. Konstantinovkanın mərkəzi hissəsində Rusiya qoşunları mövqelərini yaxşılaşdırıblar.
















