Gümrüdən Moskvaya uçan "Pobeda" Hava Yollarına məxsus təyyarə Mahaçqalada eniş edib.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
Gümrüdən Moskvaya uçan təyyarə qəza siqnalı verib.
1xeber.media TASS-a istinadən xəbər verir ki, "Boeing 737-800" təyyarəsi saat 12:24-də Gümrinin Şirak hava limanından havaya qalxıb. Təxminən bir saat sonra Dağıstan üzərindən uçarkən qəza siqnalı verib və 3000 metr hündürlükdən enməyə başlayıb.
İlkin məlumatlara görə, təyyarə Mahaçqala hava limanına enməyə hazırlaşır.
***
Gümrüdən Moskvaya uçan və qəza siqnalı verən "Pobeda" Hava Yollarına məxsus təyyarə Mahaçqalaya eniş etməyə hazırlaşır.
1xeber.media xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.
Qeyd olunur ki, təyyarə Dağıstan üzərində 7700 qəza siqnalı verib.
















