İyunun 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Fərzullayev Mahir Ramazan oğlunun anası Səbiyyə Fərzullayevanın hüzr mərasimində iştirak edib.
1xeber.media xəbər verir ki.icra başçısı şəhidin ailə üzvlərinə başsağlığı verib, Vətən uğrunda canından keçən igidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını, Azərbaycan oğullarının torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək tarix yazdıqlarını və onların ailələrinə qayğı və diqqət göstərməyin hər birimizin mənəvi borcu olduğunu bildirib.
Şəhid ailəsinin üzvləri də onlara göstərilən diqqət və ehtirama görə təşəkkür ediblər və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
















