Türkiyənin Muğla vilayətinin Datça rayonunun Aralıq dənizi sahillərində 4.9 bal gücündə zəlzələ olub.
1xeber.media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 11:25-də (Bakı vaxtı ilə 12:25), yerin 8 km dərinliyində Datçadan 189 km məsafədə baş verib.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.















