2026 FIFA Dünya Kubokunun D qrupunda son oyununa çıxan Türkiyə millisi ABŞ-ni 3:2 hesabı ilə məğlub etsə də, qrup mərhələsini 3 xalla başa vuraraq turnirlə vidalaşıb.
1xeber.media xəbər verir ki, oyundan sonra komandanın gənc ulduzu Arda Güler çıxışı və komandanın nəticəsi ilə bağlı fikirlər səsləndirib.
"Oyundan əvvəl kədərli olduğumu və əhvalımın pozğun olduğunu demişdiniz… Bütün tənqidlər haqlıdır. Yaxşı oynamadıq, insanlar nə deyirlərsə, haqlıdırlar! Dram yaratmağa ehtiyac yoxdur! Pis oynadıq və turnirlə vidalaşdıq”, - deyə Arda bildirib.
Qeyd edək ki, qarşılaşmada Türkiyə millisinin ilk qolunu da məhz Arda Güler vurub. Oyunun 10-cu dəqiqəsində Barış Alper Yılmazın ötürməsindən sonra cərimə meydançasında topla görüşən gənc yarımmüdafiəçi dəqiq zərbə ilə hesabı açaraq komandasını önə keçirib. Buna baxmayaraq, Türkiyə millisi qrup mərhələsini 3 xalla başa vurduğu üçün 2026 FIFA Dünya Kuboku ilə erkən vidalaşıb.
















