Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
1xeber.media-nın xəbərinə görə, qəza hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
***
Qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Onlar- 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxdiyar qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz qızı,1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızıdır.
***
28.06.2026-cı il tarixində saat 09:30 radələrində Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
















