Nyu-York şəhərində Müstəqillik Günü şənlikləri zamanı baş verən atışmada iki uşaq da daxil olmaqla beş nəfər yaralanıb.
1xeber.media xəbər verir ki, bu barədə "The New York Post" qəzeti 5 iyulda polisə istinadən məlumat yayıb.
Yazıda deyilir: "Beş nəfər, o cümlədən yeddi yaşlı və beş yaşlı uşaq Bruklində atəşfəşanlığı izləyərkən güllələnib".
Hadisə Bruklinin Koni Aylend hissəsində baş verib. Atışma yerli vaxtla saat 22:35 radələrində insanlar atəşfəşanlığı izləyərkən baş verib.
















