Almaniya NATO-nun Ukrayna üçün planlaşdırılan yeni 70 milyard avroluq yardım paketinə ən böyük tək töhfəni verməyə hazırlaşır.
1xeber.media xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius açıqladı.
"Bu (Almaniyanın payı – red.) şübhəsiz ki, ən böyük tək töhfə olacaq", - deyə o, "Bild" qəzetinə verdiyi müsahibədə bildirib.
Pistorius bildirib ki, Kiyev yalnız Avropa kreditlərindən deyil, həm də "yeni dəstək fondundan" yardım gözləyir. Lakin alman nazir Almaniyanın Ukraynaya verməyi planlaşdırdığı dəqiq məbləği açıqlamayıb.
















