Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Sor Sor kəndində Kürdəmir Aqro MMC-nin iribuynuzlu damazlıq və südlük heyvandarlıq kompleksinə baxış keçirib.
1xeber.media xəbər verir ki,icra başçısı kompleksdə heyvandarlıq təsərrüfatına baxış keçirib, təsərrüfatın gələcək fəaliyyət istiqamətləri və istehsal potensialının genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıb.
Rayon rəhbərinə kompleksin fəaliyyəti, heyvandarlıq sahəsində görülən işlər, mal-qaranın saxlanılması üçün yaradılmış şərait, yem bazasının təşkili və istehsal imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda kompleksdə 671 baş iribuynuzlu damazlıq və südlük heyvan saxlanılır.
Dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq, Kürdəmir rayonunda kənd təsərrüfatının inkişafı və məhsuldarlığın yüksəldilməsi istiqamətində nəzarət tədbirləri davam etdiriləcəkdir.






















