Dünya batareya birjalarından və böyük investisiya fondlarından sızan son məlumatlara görə, elektromobillərin istehsalında əsas xammal sayılan litium-karbonatın qiyməti son iki ilin ən aşağı həddinə düşüb. Boliviya və Avstraliyadakı yeni nəhəng yataqların vaxtından tez istismara verilməsi bazarda böyük təklif bolluğu yaradıb.
1xeber.media xəbər verir ki,insayderlərin məlumatına görə, rəsmi elan olunmasa da, rəqəmsal avtomobil nəhəngləri yaxın 3 ay ərzində batareya xərclərinin azalması hesabına elektromobillərin qiymətində 15-20% civarında kəskin endirimlər tətbiq etməyə hazırlaşır.
Paytaxt Bakıda və regionlarda bu ilin payızından etibarən həm yeni, həm də işlənmiş elektrikli avtomobillərin qiymətində ciddi ucuzlaşma dalğası gözlənilir.
















