Avropa İttifaqının rəqəmsal komissiyası daxili bazarda kütləvi işsizliyin və sosial böhranın qarşısını almaq üçün heç yerdə işıqlandırılmayan məxfi rezin tənzimləmə paketi hazırlayıb. Brüsseldən sızan sənədlərə görə, süni intellektin bəzi sahələrdə insan əməyini 100% əvəz etməsinə qanuni məhdudiyyət gətirilir.
1xeber.media xəbər verir ki,sənədə əsasən, çağrı mərkəzləri (call-center), hüquqi məsləhət xidmətləri və başlanğıc səviyyəli proqramlaşdırma sahələrində şirkətlərə işçi heyətinin ən azı 60%-ni real insanlardan formalaşdırmaq öhdəliyi qoyulacaq.
Qaydanı pozan qlobal texnologiya şirkətlərini illik dövriyyələrinin 4%-i həcmində astronomik cərimələr gözləyir. Layihənin rəsmi mətni yaxın həftələrdə ictimaiyyətə açıqlanacaq.
















