Beynəlxalq Kənd Təsərrüfatı Təşkilatlarının qapalı hesabatlarına görə, iqlim dəyişikliyi səbəbindən Yaxın Şərqdən Qafqaza doğru sürətlə hərəkət edən və kimyəvi dərmanlara qarşı immunitet qazanmış yeni aqrar parazit (gənə növü) aşkarlanıb.
1xeber.media xəbər verir ki,bu parazit xüsusilə sitrus meyvələrinə və çiyələk sahələrinə kütləvi ziyan vurmaq potensialına malikdir. Qonşu ölkələrdə artıq bəzi plantasiyalar qapalı karantinə alınıb.
Azərbaycanın cənub və şimal-qərb bölgələrində fəaliyyət göstərən fermerlərə rəsmi qurumlar tərəfindən yaxın günlərdə xüsusi monitorinq təlimatlarının paylanacağı və qabaqlayıcı bioloji mübarizə üsullarının işə salınacağı gözlənilir.
















