Son vaxtlar klinikalardan çıxan vətəndaşların apteklərdə qarşılaşdığı qiymət bahaçılığı ilə bağlı redaksiyamıza kütləvi şikayətlər daxil olub.
Əməkdaşlarımızın bəzi aptek şəbəkələri və həkimlərlə apardığı gizli söhbətlər qorxulu bir sistemin mövcudluğunu üzə çıxarıb.
Faiz sövdələşməsi:
Məlum olub ki, bəzi özəl klinikalarda çalışan həkimlər konkret dərman firmaları və apteklərlə gizli müqavilə bağlayırlar. Onlar xəstəyə əslində daha ucuz analoqu olan dərmanın məhz həmin firmanın baha markasını yazırlar. Xəstə həmin dərmanı aptekdən aldıqda, ödənilən məbləğin 20-30%-i birbaşa rəsmi resepti yazan həkimin cibinə faiz kimi oturur.
Vətəndaşlara məsləhət:
Mütəxəssislər bildirir ki, həkim sizə hər hansı baha dərman yazdıqda, aptekdə onun tərkib qrupuna (beynəlxalq patent adına) uyğun daha ucuz və keyfiyyətli analoqunun olub-olmadığını mütləq əczaçıdan soruşun.
















