Avtoyuma məntəqələrində gizli hiylə: Avtomobillərin rəngini korlayan ucuz kimyəvi maddələr!
Paytaxtda fəaliyyət göstərən bəzi avtoyuma (moyka) məntəqələrində sürücülərin xəbəri olmadan tətbiq edilən ticarət hiyləsi ilə bağlı redaksiyamıza müraciət daxil olub.
1xeber.media xəbər verir ki,bir qrup sürücü avtomobillərini yudurtduqdan bir neçə ay sonra maşının lak qatının solmasından və plastik hissələrin ağarmasından şikayətçidir.
Müxbirimizin apardığı yerində müşahidəyə görə, bəzi xidmət obyektləri xərcləri azaltmaq üçün baha və keyfiyyətli avtoşampunlar əvəzinə topdansatış bazarlarından aldıqları texniki qabyuyan gelləri və sənaye təmizləyici asitləri suya qarışdırırlar. Bu maddələr maşını anlıq təmiz göstərsə də, tərkibindəki yüksək qələvi (PH) səbəbindən avtomobilin rəng qatını (lakını) gizlicə yeyir.
Bu maddələrin vurduğu zərərin bərpası sürücülərə sonradan 500-1000 manat civarında "polirovka" və ya yenidən rənglənmə xərcləri hesabına başa gəlir.















