İran müharibəsinin yaratdığı risklər və Hörmüz boğazındakı vəziyyət mayeləşdirilmiş təbii qaz daşımalarına təsir göstərir.
1xeber.media xəbər verir ki, Qətərin dövlət enerji şirkəti QatarEnergy 2026-cı il üçün Banqladeşə planlaşdırdığı mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü təxminən 50 faiz azaldıb. Bu barədə Banqladeşin dövlət enerji şirkəti Petrobangla məlumat yayıb.
Məlumata görə, əsas səbəb ABŞ–İsrail və İran arasında baş vermiş müharibənin ardından Hörmüz boğazında yaranan təhlükəsizlik riskləri və daşımalarda müşahidə olunan çətinliklərdir.
Petrobangla rəhbərliyi yaranan çatışmazlığı aradan qaldırmaq üçün spot bazardan əlavə qaz alınması və digər ölkələrlə hökumətlərarası müqavilələrin bağlanması imkanlarını nəzərdən keçirdiyini bildirib.
Qətər dünyada ABŞ-dən sonra ikinci ən böyük LNG ixr acatçısı hesab olunur. Banqladeş isə idxal etdiyi mayeləşdirilmiş təbii qazın böyük hissəsini məhz Qətərdən alır. Buna görə də tədarükün azalması regionun enerji bazarında yeni qiymət dəyişikliklərinə səbəb ola bilər.
Enerji bazarı üzrə ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə geosiyasi gərginlik davam edərsə, LNG bazarında qiymətlərin yenidən artması və qlobal enerji təchizatında əlavə risklərin yaranması mümkündür.
















