Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı il Dünya Kubokundan kənarlaşdırıldıqdan sonra, bunun karyerasında sonuncu Dünya Kuboku olduğunu təsdiqləyib.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu hələ də milli komandadakı çıxışları ilə bağlı qərar verməyib.
"Bəli, bu, mənim üçün son Dünya Kuboku idi. Turniri belə tərk etdiyim üçün kədərlənirəm, amma əlimdən gələni etdim. Bu, futboldur: bəzən qalib gəlirsən, bəzən uduzursan. İndi düşünməyə və ailəmlə birlikdə olmağa vaxtım olacaq. İmpulsiv hərəkətlərdən çəkinməliyik. Həyat davam edir", - deyə o açıqlayıb.
Ronaldo beynəlxalq karyerasının mümkün sonluğu ilə bağlı yekun qərar verməyə tələsmədiyini qeyd edib: "Hələlik Portuqaliya millisindən ayrılıb-ayrılmayacağımı bilmirəm. Görəcəyik. Hələlik qərar vermək istəmirəm, bunu ailəmlə müzakirə etməliyəm. Şəxsi məsələlərlə ictimaiyyətin diqqətini yayındırmaq istəmirəm".
Xatırladaq ki, 2026-cı il Dünya Kubokunun 1/8 finalında Portuqaliya millisi İspaniya millisinə 0-1 hesabı ilə uduzaraq yarışı tərk edib.
















