Fransa Prezidenti Emmanuel Makron rəsmi səfəri zamanı qaldığı Dəməşqdəki "Four Seasons" otelində baş verən bir sıra partlayışlarda xəsarət almayıb.
1xeber.media xəbər verir ki, bu barədə 7 iyulda "Le Figaro" qəzeti Yelisey Sarayının açıqlamasına istinadən məlumat yayıb.
Məqalədə deyilir: "Bu səhər Emmanuel Makronun gecələdiyi Dəməşqdəki "Four Seasons" otelinin qarşısında iki bomba partlayıb. O (Makron – red.) hazırda Fransa və Suriya liderlərinin genişləndirilmiş görüşünün keçirildiyi Suriya Prezidenti Əhməd Hüseyn əl-Şaraanın sarayındadır".
Cinayətkarlar partlayıcı qurğulardan birini otelin yaxınlığındakı zibil qutusuna, digərini isə orada park edilmiş avtomobilə yerləşdiriblər. Yelisey Sarayı bu hadisənin Makronun planlarına təsir etmədiyini açıqlayıb. O, rəsmi səfərini davam etdirir.
















