1xeber.media xəbər verir ki, Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi ölkəsinin Rusiya ilə münasibətlərdə qapıları bağlayacağını bildirib. Onun sözlərini "Telex" nəşri yayıb.
"Müvafiq müttəfiqlərimizlə etimadı bərpa etməliyik, Rusiyaya gəldikdə isə onun qarşısında qapını bağlayırıq", – deyə müdafiə naziri qeyd edib.
Rusin-Sendinin sözlərinə görə, yeni Macarıstan hökuməti həm öz ölkəsinin, həm də müttəfiqlərinin maraq və dəyərlərini nəzərə almalıdır. O, Rusiyanı kəşfiyyat xidmətlərinin guya "arxa qapıdan" Macarıstana nüfuz etməyə çalışmaqda ittiham edib.
Daha əvvəl Macarıstanın xarici işlər naziri Anita Orban Budapeştin Avropanın mühüm dövlətlərindən biri kimi Rusiya ilə praqmatik münasibətlər qurmaq istədiyini bildirmişdi.

















