1xeber.media xəbər verir ki, Almaniyanın müdafiə sənayesi konserni Rheinmetall Aşağı Saksoniyanın Unterlyus şəhərində yerləşən yeni zavodunda istehsal olunan artilleriya sursatlarının ilk partiyasını Ukraynaya çatdırdığını açıqlayıb. Bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, müəssisə 2025-ci ilin avqustunda fəaliyyətə başlayıb. Həmin vaxta qədər Ukrayna Rheinmetall-in digər istehsal müəssisələrində hazırlanan sursatlarla təmin olunurdu.
Bildirilir ki, Unterlyus zavodundan göndərilən ilk partiyaya on minlərlə artilleriya mərmisi və şirkətin digər müəssisələrində istehsal olunmuş atıcı yüklər daxildir.
Şirkətin açıqlamasına əsasən, Ukrayna sifariş etdiyi sursatların artıq yarıdan çoxunu alıb, qalan hissəsinin isə 2026-cı ilin sonunadək çatdırılması planlaşdırılır.
Bundan əvvəl Rheinmetall-in Ukraynadan uzaqmənzilli artilleriya sursatlarının tədarükünü nəzərdə tutan növbəti iri sifariş aldığı bildirilmişdi.

















