1xeber.media xəbər verir ki, Rusiya ABŞ-dən Ukrayna məsələsində vasitəçilik səylərini davam etdirməyə hazır olduğuna dair siqnallar aldığını bildirib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
"Biz daim belə siqnallar alırıq ki, amerikalılar öz problemləri bir qədər azaldıqdan sonra Ukrayna münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik səylərini davam etdirməyə hələ də hazırdırlar", – deyə Kremlin nümayəndəsi bildirib.

















