Azərbaycanda hazırda 37 fələstinli tələbə təhsil alır.
1xeber.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşü zamanı bildirilib.
Qeyd olunub ki, "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbə Azərbaycanda təhsil alır.

















