1xeber.media xəbər verir ki, Rusiyanın Kemerovo şəhərinin mərkəzində ana azyaşlı oğlunu dərman həbi uda bilmədiyi üçün döyüb.
Hadisə barədə Kuzbass uşaq ombudsmanı İrina Vasilyeva məlumat verib. O, hüquq-mühafizə orqanları ilə əlaqədə olduğunu bildirib.
Şahidlərin sözlərinə görə, uşaq dərmanı qəbul edə bilməyib və bu, ananın qəzəbinə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə qadının əvvəlcə oğluna qışqırdığı, daha sonra isə onu döyməyə başladığı görünür.
Hadisə ilə bağlı regionun İstintaq Komitəsi də araşdırmaya başlayıb. Qurumdan bildirilib ki, fakt üzrə yoxlama aparılır.
Qeyd edək ki, bu, Rusiyada uşağa qarşı zorakılıqla bağlı ilk hadisə deyil. Daha əvvəl Sverdlovsk vilayətində bir qadının yaşıdlarının gözü qarşısında oğlunu döydüyü bildirilmişdi. Şahidlərin sözlərinə görə, qadın yerdə olan uşağa belə zərbələr endirməkdə davam edib.