
1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Washington Times nəşrinin jurnalistlərini Rusiyaya qarşı ittihamlara görə tənqid edib.
Lavrovun sözlərinə görə, nəşr Ukrayna məsələsi ilə bağlı məqaləsində Moskvanı ABŞ Prezidenti Donald Trampın təklif etdiyi danışıqlar prosesində guya vicdanlı iştirakdan yayınmaqda ittiham edib.
Nazir bildirib ki, jurnalistlər Rusiyanın bununla sanksiyaların yumşaldılması imkanını itirdiyini iddia ediblər.
Lavrov isə qeyd edib ki, Moskva Trampın Alyaskada keçirilən sammit zamanı irəli sürdüyü nizamlanma təklifini qəbul edib. Onun sözlərinə görə, hazırda Avropa ölkələri və Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ liderini əldə olunan razılaşmalardan uzaqlaşdırmağa çalışırlar.
“Jurnalistlərin vicdanı yoxdur”, – deyə Lavrov bildirib.
Qeyd edək ki, daha əvvəl Sergey Lavrov Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerə də məsləhət verib. Nazir onlara İran münaqişəsinin həlli ilə məşğul olmağı tövsiyə edib.

















