"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib. Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.
1xeber.media bildirir ki, "Bizim.Media" məsələylə bağlı xəstəxana ilə əlaqə saxlayıb. “Vital Hospital”-ın direktoru Afaq Məcidova yayılan videoları şantaj olaraq adlandırıb:
"O videolar yalandır, şantajdır. Biz Daxili İşlər Nazirliyinə xəbər vermişik. Bu haqda Nazirliyin cinayət-axtarış söbəsi bu gündən icraata başlayıb, tədbir görüləcək. Bu, yanlış məlumatdır, paylaşsanız, başınız ağrıyacaq", - deyə direktor çox aqressiv şəkildə cavab verib.
Xatırladaq ki, məsələylə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən də araşdırma başlanılıb.














