Paytaxtda bəzi özəl parkinqlərdə qiymətlər cib yandırır...
1xeber.media Xəzər Tv-yə istinadən xəbər verir ki, sürücülər özəl parklanma ərazilərindəki qiymətlərdən narazıdırlar.
Onlar son vaxtlar bəzi özəl parkinqlərdə qiymətlərin artdığını deyirlər:
Ekspertlər deyirlər ki, özəl parkinqlərdə qiymətlər ərazi sahibləri tərəfindən sərbəst olaraq müəyyənləşdirilir. Ancaq, bundan sui-istifadə olunmamalıdır. Belə ki, özəl parkinqlərdə tətbiq olunan tariflərin tənzimlənməsi və qiymət siyasətinə nəzarətin gücləndirilməsi təklif edilir:
Ekspertlərin fikrincə, parklanma məsələsində sürücülərin də maraqları nəzərə alınmalı, qiymətlər isə əlçatan və şəffaf olmalıdır. Əks halda, özəl parkinqlərdəki qiymət problemi sürücülər üçün əlavə xərc və narahatlıq yaratmaqda davam edəcək.
















