31 avqustda Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarov və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında rəsmi görüş başlayıb.
1xeber.media xəbər verir ki, mərasim zamanı Japarov Si Cinpini dostu adlandırıb:
"Sizi qonaqpərvər Qırğızıstan torpağında salamlamaqdan məmnunam. Qırğızıstana dövlət səfərinə dəvətimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Qırğızıstan Respublikasının müstəqilliyinin 35-ci ildönümündə sizi salamlamaq bizim üçün böyük şərəfdir", - deyə o qeyd edib.
Si Cinpin Qırğızıstanda dövlət səfərindədir. O, həmçinin ŞƏT Dövlət Başçıları Şurasının iclasında və "ŞƏT+" formatında görüşdə iştirak edəcək.
Günün əvvəlində iki ölkə liderləri, həyat yoldaşları Aygül Japarova və Pen Liyuanın müşayiəti ilə şam yeməyində qeyri-rəsmi görüş keçiriblər.















