ŞƏT-in əsas gücü onun böyük demoqrafik və iqtisadi potensialı ilə bağlıdır. Təşkilatın məkanında Çin və Hindistan kimi dünyanın ən böyük əhali və istehlak mərkəzləri, həmçinin Rusiya, Pakistan və İran kimi böyük bazarlara malik ölkələr yerləşir.
1xeber.media xəbər verir ki, Çin, Hindistan və Rusiyanın ümumi nominal ÜDM göstəriciləri ŞƏT məkanının iqtisadi miqyasını aydın göstərir. Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələrinin sürətli iqtisadi inkişafı da bu potensialı artırır. Azərbaycan üçün ŞƏT məkanı ticarət, nəqliyyat, logistika, investisiya, sənaye və enerji baxımından əhəmiyyətlidir. Ölkənin əsas üstünlüyü isə bu nəhəng iqtisadi məkanı daha geniş Avrasiya bazarları ilə birləşdirə bilməsidir.
Aysel Timur















