Azərbaycanın enerji infrastrukturu müxtəlif regionlar arasında bağlantı yaratmaq imkanlarını genişləndirir.
1xeber.media xəbər verir ki, təxminən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırır.
Bildirilib ki, 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə bu dəhliz vasitəsilə 12,5 milyard kubmetr təbii qaz tədarük edib. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr də Azərbaycanın enerji infrastrukturunun regional əhəmiyyətini artırır. İnkişaf etdirilən Zəngəzur dəhlizi də Azərbaycanın bağlantı imkanlarını daha da genişləndirə bilər.
Aysel















