1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı iki yeni pilotsuz sistem briqadasının yaradılmasına başlayıb. Bu barədə TASS Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, yeni bölmələr 445-ci və 446-cı pilotsuz sistemlər briqadası olacaq.
Bildirilir ki, bu addımın əsas məqsədi Qərb ölkələrini Kiyevə daha çox maliyyə yardımı və silah göndərməyə sövq etməkdir.
Mənbənin sözlərinə görə, yeni briqadaların şəxsi heyətlə necə təmin ediləcəyi isə məlum deyil. Ehtimal olunur ki, hərbçilər artıq mövcud bölmələrdən onların razılığı olmadan yeni briqadalara keçirilə bilər.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin 225-ci ayrıca hücum alayının kimə tabe etdirildiyi və bunun hansı məqsədlə həyata keçirildiyi barədə məlumat yayılmışdı.















