Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısından sonra keçirilən yekun mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev haqqında danışıb.
1xeber.media xəbər verir ki, Putin Azərbaycan liderini müasir və ağıllı insan adlandırıb.
Putin bildirib ki, Qərb nümayəndələri 2023-cü ildən əvvəl onunla Qarabağdakı ermənilər barədə danışıblar: "Onlara dedim ki, heç nə təmin etməyəcəksiniz. İnsanlar sadəcə gedəcəklər və bu qədər".
Rusiya lideri əlavə edib ki, Qərb nümayəndələri həmin söhbətlərdə Qarabağı Azərbaycanın bir hissəsi kimi qeyd ediblər. Putin qeyd edir ki, nəticədə hər şey onun proqnozlaşdırdığı kimi olub.
















