Redaksiyamıza Bakı şəhər Təhsil İdarəsi və onun rəhbərliyi ilə bağlı növbəti şikayət daxil olub. Şikayət nə şikayət, oxuduqca adamın matı-qutu quruyur, dili topuq vurur. Sabir rəhmətlik demişkən “vah bu imiş dərsi-üsuli-cədid, dur qaçaq oğlum baş ayaq qandı bu” deməkdən başqa əlacımız qalmadı. Dedik biz cavabını tapmadığımız sualları ünvanlayaq sahiblərinə, bəlkə onlar bir əncam çəkələr.
Keçək indi mətləbə, deməli şikayətçilər bildirirlər ki, paytaxtın məktəblərində bir özbaşnalıq, bir anarxiya var ki, gəl görəsən. Yuxarı siniflərdə dərs yoxdur, şagirdlər haqqını ödəməklə özəl kurslara, repititor yanına üz tuturlar. Bu iş direktorların böyük qazanc mənbəyidir. Bir şagirdin illiyi bəzən 3-4 min manata başa gəlir. Bunu minlərlə şagird üçün hesablasaq ortaya babat rəqəm çıxır. Düzdür, şikayətçilər bildirir ki, bütün bu baş verənlər BŞTİ nin əvəzçisi olan rəhbərliyinin gözləri önündə reallaşır. Olmaz ki, bu boyda həngaməni sağır Süleyman duyur, amma Nərminə xanım görmür, müavini Turanə xanım xəbərdar olmur. Şikayətçi bildirir ki, hər şagirdin attestatında onların “xüsusi payı” vardır. Bir də şikayətçilər yazır ki, Nərminə xanımın aldığı maaşla Ağ şəhərdə, Kömürçü bazarının yanında, şəhərin müxtəlif yerlərində yerləşən əmlakları tərs mütənasibdir. ( bununla bağlı xüsusi araşdırmamız davam edir, tezliklə sizə təqdim edəcəyik ) Onun məmur maaşı ilə bu mülklərə sahib olmaq üçün əsrlərlə vaxt lazımdır. Şikayətçilər maraqlanır ki, bəlkə Nərminə xanım zaman maşınında səyahətə çıxıb, bizim xəbərimiz yoxdur.
Şikayətdə bir başqa diqqət çəkən məqam da direktorların təyin olunması prosesində baş verən özbaşnalıqlardır. Bu işdə ən çox ,, fəallıq'' edən Nərminə xanımın hal hazlrda ən yaxın köməkçisi ,müavini Turanə xanımdır. İddia olunur ki, direktor təyin olunmaq üçün 150-200 min manat xərcə düşmək lazımdır. Ay nə bilim imtahandı, müsahibədi, boş şeydir. Əsas məbləğdir ki, onu düzəldən kimi olursan direktor.
Məlumat üçün bildiririk ki, Bakı İdman lisseyinin direktoru Turanə xanımın qaynanası Tərminə Əsədovanın İdman Akademiyasına ,, qabiliyyət" imtahanı ilə bağlı qanunsuz əməllərindən yazı vermişdik. Təbii hüquqi qiymət verilmək üçün həmin yazını Cənab baş purakrora ünvanlayacağıq.
Nazir mavini Həsən Həsənlinin adı keçir...
Bir də qurunun oduna yaşın yanmağı daha dəhşətlidir. Baxırsan adam çalışır,nəsə eləmək istəyir, amma imkan vermirlər. Bəli , Nazirlikdə ümumtəhsil sahənin cavabdhi Həsən Həsənlinin təhsil naminə nələrsə etmək istədiyini az-çox bilirik. Di gəl ki,adını çəkdiyimiz "reformistlər" addımbaşı onun kölgəsini qamçılayır, etmək istədiklərinə də kölgə salırlar. Əvvəllər deyərdilər filan yerdə ikitirəlikdir. Məni qınamayın, ETNdə beş-on tirəlik hökm sürür. Nazirin müavini Həsənli müəllim də qalıb bu tirələrin arasında əlacsız. Lap "O olmasın bu olsun" filmindəki kimidir:
-Sənə deyirəm oxu,alə
-Sən öl səsini çıxarsan gülləni təpənə çaxaram.
Bax beləcə oxu-oxuma dilemması qarşısında təhsilimiz məhv olur.
Eşqi Bağırovun isə , ağzı ,, fermanın yağı " ilə yaxşı -yaxşı yağlandığı üçün necə deyərlər gözü kölgəlidir. Kimsəyə söz demək iqtidarında deyil. O ki qaldı cənab Əmrullayevə ,başı bərk qarışığdır , Nihad kimi qohum əqrabasının zibillərini təmizləməklə məşğuldur ,böyük haqq hesablara başı qarışan nazir Emin Əmrullayev ,haqq hesabını əməlli başlı itirib ,deyirlər....
Mikayıl Cabbarov ,axı cənab prezidentimiz sizə daha çox etimad göstərir...
Allahdan gizlin deyil , sizdən nə gizlədəcəm,hər kəs bilir Əmrullayevin nazir postuna olan təqdimatı çox hörmətli cənab Mikayıl Cabbarov tərəfindən verilib. Bu gün geniş miqyasda kütləvi narazılıqları nəzərə alsaq Cənab Cabbarov sizə elə gəlmir ki, nazir təqdimatını yeniləməyin vaxtı çoxdan çatıb? Axı cənab prezidentimiz sizə daha çox etimad göstərir...
Diqqət çəkən məqam ondan ibarətdir ki, şikayətçilər bildirirlər ki, Nərminə xanımın idarəyə rəhbərlik etdiyi iki il müddətində vəziyyət gündən-günə pisləşib. Məktəblərdə şıdırğı alver gedir, tədrisin səviyyəsi olduqca aşağıdır. Şagirdin məktəbə qəbulundan tutmuş attestat almasına qədər bütün mərhələlərdə pul əsas rol oynayır. Əlbəttə, bu işlərdə ona yaxından kömək edən , daima ,, ünsiyyətdə" və yaxın olduğu məktəb direktorları və müavinləri var . O cümlədən ,,xüsusi canfəşanlıq " edənlər içərisində 56, 93,189-190 nömrəli məktəb rəhbərlərinin və digərlərinin adları keçir. ( bu barədə də araşdırmalarımız davam edir, siyahı geniş ola bilər. Tezliklə sizə təqdim edəcəyik. )
Nərminə müdirin göstərişi ilə şərlənərək işdən çıxarılan direktor müavini ali məhkəmədə qalib gəlir. Ədalət prinsipləri pozan Nərminə xanım sanki paytaxtın təhsil sistemini uçuruma aparmaqla onsuz da bərbad günə qalmış ETN Emin Əmrllayevin fəaliyyətini sabotaj edir, zərbə altında qoyur.
FOTOQRAFIN çəkdiyi şəkil kimi...
Bir məmur öz rəhbərinə qarşı nə qədər etibarsız olmalıdır ki, belə üsula əl atsın ? Bir də deyirlər ki, bu etibarsızlığın kökündə illər öncə yarımçıq qalmış bir hekayənin izləri dayanır.Lap Moşu deyəndəndir, “xalqının şair oğlunu bir dılğır üzüyə dəyişən milsəner indi onun bütün oxucularını şübhə altına aler...” İndi bilmirik söhbət məhəbbətin qüdrətindədir, yoxsa qüdrətin məhəbbətində. Hər nədisə adam dolaşıb qalır, lap FOTOQRAFIN çəkdiyi şəkil kimi...
Biz də bu sualları cavablandırmalı olan şəxslərə ünvanlayırıq. Şikayət məktubunda işıqlandırılanlar Azərbaycan təhsili üçün üz qarası, böyük eyibdir. Eyibimizə nə vaxta qədər kor olub oturacağıq ?
KONFRANSDA DAVA. ..ELMİN ,, VAĞZALISI" ÇOXDAN ÇALINIB
Bəli dostlar, Yeni dərs ilinin başlanmasına sayılı günlər qala ölkə boyunca pedaqoji ictimaiyyətin ənənəvi konfransları keçirilir. Sovetdənqalma nomenklatura xarakterli belə konfranslar adətən palatka toylarını xatırladır. Məclisə toplaşanlar bəy-gəlinin şəninə gurultulu sağlıqlar deyirlər, qonaqlar alqışlayırlar, axırda da çoxdan bir-birini görməyən ,,PEDAQOQLAR'' atışıb yeyib-içməyə gedirlər. Saytlarda palazqulağı yazılar, rəngarəng şəkillər sıralanır, beləcə Azərbaycan təhsili növbəti möhtəşəm uğuruna imza ataraq dünya reytinqlərini alt-üst edir.
Elə bu günlərdə BŞTİ də “qonşudan qalma dala” prinsipi məkan olaraq 20 saylı məktəb lisseydə ilə belə bir konfrans keçirib. Hamımız bilirik ki, həşəmətli təhsilimiz son illər ancaq FEZBUK SƏHİFƏLƏRİNDƏ sürətli inkişaf edir. Məktəblər ancaq adı olub özü olmayan tədbirlərdən şəkil çəkdirib paylaşmaqla məşğuldurlar. Təhsil ocaqları artıq fotoatelyeləri xatırladır. Müəllimlər də, şagirdlər də artıq hansı tədbirdə hansı pozada otarmağı, necə gülümsəməyi əzbərləyiblər. Əlqərəz, başınızı çox ağrıtmadan keçək əsas məsələyə. BŞTİ-nin konfransı tarixi ənənələimizi, milli folklorumuzu özündə yaşadan bir tədbir olub. Toy desən toymuş, yas desən yas. Yas ona görə deyirik ki, “ölənin dalınca pis söz danışmazlar” prinsipini əsas tutan BŞTİ rəhbərliyi rəhmətlik təhsilimiz haqqında ancaq xoş xatirələrini paylaşıblar, kövrəliblər.
Amma tədbir tarixi palatka toylarımızın bütün şanlı ənənələrini özündə yaşadıb. Bircə kasa bozbaşı, bir də Hövsan soğanı çatışmayıb. Tədbirdəkilər özlərini toy sahibinə şirin salmaq üçün söz savaşına çıxıblar. “İçək həmin sağlığa” sayağı çıxışlar bir-birini əvəz edib. Tribunaya çıxanlar paytaxt təhsilinin inkişafından, qazanılan uğurlardan o qədər odlu-alovlu danışıblar ki, kondinsonerlər belə bu hərarətə tab gətirməyərək sıradan çıxıblar. Hətta deyilənə görə Mozalanın məhşur səhnəciyində olduğu kimi qızışıb iki dəfə danışanlar da olub. “Mən hələ danışmamışam”, “mənim ürəyim doludur” deyənlərin hayqırtısı 20 saylı məktəbin divarlarını titrədib.
Çıxışlar da ki. ənənəvi bəy tərifindən o yana keçməyib. Sadəcə bəy tərifinin nəmər yığma mərasimini sonraya saxlayıblar. Deyilənə görə səsləndirilən təriflərdən xoşhal olan BŞTİ rəhbəri Nərminə xanım neçə dəfə kövrəlib, pəjmürdəhal olub, bu baxımdan on dəqiqəlik çıxışıyla məclisi yola verib. Əvəzində sevimli müavini Turanə xanım təxminən bir saatlıq fantastik çıxışıyla hər kəsi inandırmağa çalışıb. Ancaq binəva 20 saylı məktəbin daş-divarının dili olmayıb ki, dillənsin. CƏNAB ÜMUMTƏHSİLİMİZİN CAVABDEHİ HƏSƏN HƏSƏNLİ ,Desin ki, ay cənablar, xanımlar, bu sözləri gedin palatkada, şadlıq evində danışın, bu sağlıqları orda deyin. Axı mən məktəbəm, tarixi ənənələrim var. Bu dediklərinizin mənə, mənim kimi maketi qalan minlərlə məktəbə aidiyyatı yoxdur. Siz hansı uğurdan danışırsınız, hansı nailiyyətlə öyünürsünüz ? Xəbəriniz var ki, məni-məktəbi öldürmüsünüz, oturub üstümdə ağlamaqdan, bir-birinizi tərifləyirsiniz? Elə təhsilə toyxana təfəkkürüylə yanaşdığınız üçün elmin “Vağzalı”sı çoxdan çalınıb...
Amma neyləyəsən ki, daş-divardan səs çıxmır. Daşa dönmüş ürəklər isə bundan istifadə edərək o ki var özlərini tərifləyiblər. Hətta toyun axırında milli adət-ənənələrimizə uyğun olaraq dava da düşüb. Sadəcə qonaqlar bu dəfə nədənsə Rüstəm bəyi döyməyiblər. Heç Gülnazla Sərvərdən də xəbər yoxdur.
Bax belə, əziz oxucum. Növbəti tamaşanın, şounun şahidi olduq. Azərbaycan təhsilini palatka toyuna döndərənlərin novbəti məzhəkəsi də arxada qaldı. Amma heç nə dəyişmədi, çünki sağlıqlar da eynidi, tamadalar da. Odur ki, məcburuq içək həmin sağlığa...Hələ ki...
NİCAT MAHMUDOV

















