Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Füzuli rayonunun 1 Nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən İbişov Taryel Kazım oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Bu barədə 1xeber.media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.
Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.




















