1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində Nikanorovka və Qruzskoye yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Nikanorovka və Qruzskoye son sutka ərzində Rusiya qoşunlarının nəzarətinə keçib. Bildirilir ki, yaşayış məntəqələrindən biri “Cənub”, digəri isə “Mərkəz” qoşun qruplaşmasının bölmələrinin fəaliyyəti nəticəsində ələ keçirilib.
Rusiya Müdafiə Nazirliyi həmçinin ötən həftə ərzində ümumilikdə 15 yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.

















