Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib.
1xeber.media quruma istinadən xəbər verir ki, qəbul zamanı elektrik enerjisi və təbii qaz təchizatı, sayğaclaşma, mühafizə zonaları, elektrik naqillərinin istismar vəziyyəti, elektrik enerjisi verilişində fasilələrin yaranması və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qəbulda Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Biləsuvar rayon sakinləri iştirak edib.
Energetika Nazirliyində vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkil edilməsi məqsədilə qurumun rəhbər vəzifəli şəxslərinin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin internet səhifəsində yerləşdirilib.
















