Azərbaycan Prokurorluğunun veteranı Adil Cabbar oğlu Bəylərova 70 illik yubileyi münasibətilə Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim olunub.
1xeber.media xəbər verir ki, görüşdə veteranın uzunmüddətli fəaliyyəti xatırlanıb, onun peşə yolunun gənc prokurorluq işçiləri üçün örnək olduğu vurğulanıb.
Adil Bəylərov xatirələrini bölüşüb, Prezident İlham Əliyevin qayğısı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, əməkdaşların və veteranların sosial rifahının yüksəldiyini qeyd edib.
Qeyd edək ki, 1979-cu ildə prokurorluq orqanlarında qulluğa başlayan Adil Bəylərov Nərimanov Rayon Prokurorluğunda müstəntiq, Nəqliyyat Prokurorluğunda müxtəlif vəzifələrdə, Baş prokurorun köməkçisi, Baş Prokurorluqda idarə rəisinin müavini və böyük prokuror kimi çalışıb.















