1xeber.media xəbər verir ki, ABŞ-da 30 illik sabit faizli ipoteka kreditlərinin orta göstəricisi yeddi həftəlik artımdan sonra ilk dəfə aşağı düşüb.
Freddie Mac şirkətinin oktyabrın 22-də açıqladığı məlumatlara əsasən, 30 illik ipoteka kreditlərinin orta faizi əvvəlki həftədəki 7,40 faizdən 7,32 faizə enib. Ötən ilin eyni dövründə bu göstərici 6,19 faiz təşkil edirdi.
15 illik sabit faizli ipoteka kreditlərinin orta faizi də 6,71 faizdən 6,68 faizə düşüb. Bu kreditlərdən, əsasən, mövcud borcunu yenidən maliyyələşdirmək istəyən şəxslər istifadə edirlər.
İpoteka faizlərinə inflyasiya, Federal Ehtiyat Sisteminin pul siyasəti və dövlət istiqrazlarının gəlirliliyi təsir göstərir. Borclanma xərclərinin azalması ev almağı planlaşdıran amerikalılar üçün müəyyən rahatlıq yarada bilər.
Bununla belə, faizlər ötən ilin göstəricilərindən yüksək olaraq qalır və mənzil bazarında əlçatanlıq problemi davam edir.















