1xeber.media xəbər verir ki, Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda, Gelik qəsəbəsində yerləşən özəl mədəndə metan qazının partlaması nəticəsində iki işçi həlak olub, beş nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar barədə əlavə məlumat verilməyib.















