Naxçıvan MR Nazirlər Kabineti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Abşeron Center” MMC (VÖEN – 3101648411) olub.
1xeber.media açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Naxçıvan MR Nazirlər Kabineti “Toyota Abşeron Center” MMC-dən dəyəri 234 min manat olan 3 ədəd avtomobil alacaq.
Bildirilir ki, 2026-cı il istehsalı olan sedan tibli qara rəngli avtomobillərin yanacaq növü benzin-hibrid, mühərrikin həcmi 2400–2998 sm³ olacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Abşeron Center” MMC 10 yanvar 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Feyzullayev Rəcəb İbad oğludur.















