“Jurnalist Aynur Elgünəşin səhhəti günü-gündən pisləşir”.
1xeber.media xəbər verir ki, bunu jurnalistin vəkili Elçin Sadıqov sosial media hesabında yazıb.
O bildirib ki, təcili əməliyyata göstəriş verilsə də, xəstəxana birbaşa əməliyyata razılaşmır:
“Bildirir ki, əvvəl KT müayinəsindən keçirib onun nəticələrinə uyğun əməliyyat edə bilərlər. Aynur dəfələrlə əməliyyat olunduğu üçün KT müayinəsi olmadan birbaşa əməliyyat risklidir. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimi təmin etmədi”.
Qeyd edək ki, Aynur Elgünəş (Qənbərova) 2024-cü ilin dekabr ayında “Meydan TV” işi üzrə həbs edilib. Hazırda onun məhkəmə işi davam edir.
















