 Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara dair təklifi yarımçıqdır.
 Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara dair təklifi yarımçıqdır.
1xeber.media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Qeyd-şərtsiz atəşkəsdən əvvəl danışıqlar aparılmır”, - Makron bildirib.
Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib. Putin bununla bağlı hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışacağını bildirib.