Вернуться назад Распечатать

Bu klub Mourinyo ilə danışıqlara başladı

Nunu Eşpirti Santu ilə yolları ayıran İngiltərənin "Nottingem Forest" klubu Joze Mourinyo ilə danışıqlara başlayıb.

1xeber.media xəbər verir ki, bunu jurnalist Ben Ceykobusk deyib.

O bildirib ki, ilkin variant kimi "Tottenhem"in sabiq çalışdırıcısı Anqelos Postekoglu göstərilsə də, əsas namizəd "Fənərbağça"dan ayrılan Joze Mourinyodur:

“Tərəflər arasında ilkin danışıqlar müsbət başa çatsa da, yekun qərar verilməyib”.

Qeyd edək ki, sözügedən klub hazırda Premyer Liqada 4 xalla 10-cu pillədə qərarlaşıb.