Вернуться назад Распечатать

Narkoloji mərkəzin həbs olunan sabiq direktoru özünu təqsirli bilib - MƏHKƏMƏ

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

1xeber.media məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Mustafayev ifadə verib.

O, ittihamlara cavab verərkən bildirib ki, direktor vəzifəsini icra etdiyi dövrdə Narkoloji Mərkəzdə ciddi çatışmazlıqlar olub: "Mən mərkəzdə təşkilatı işlərə cavabdeh şəxs olmuşam. İşlədiyim dövrdə bir dəfə FHN tərəfindən rentgen cihazının keyfiyyətsiz olması ilə əlaqədar 2500 manat məni cərimə edib. Daha sonra sistem cihazları ilə əlaqədar cərimələndim, su ilə əlaqədar problem yaşadıq, dərman çatışmazlığı oldu. Hamısını cibimdən ödədim. Həmin çatışmazlıqlarla bağlı hər həftə, hər ay, TƏBİB-ə müraciət eləmişəm. Cavab gəlib ki, hazırda əllərində yoxdur. Buna görə bizim işçilərdən soruşdum ki, məndən öncə belə problemlər olanda nə ediblər? Mənə dedilər ki, fond yaratmışıq, işçilərlə pul yığıb xəstəxananın xərclərini ödəyirdik. Orqanizm kimi düşünün, bir orqanda problem olanda digər bütün orqanlar səfərbər olur, xəstəxanada da elə bir sistem yaranmışdı. Fonda pul qoymağa görə heç kimi məcbur etmirdik. Pulun həkimlər tərəfindən xəstələrin etdiyi "hörmət"dən verildiyini eşitmişdim. İmkanlı xəstə yaxınları, xəstələrin özləri onlara yaxşı baxılsın deyə "hörmət" edirdilər. Sistem həmişə belə olub, mən də belə görmüşəm".

Prokurorun suallarını cavablandıran sabiq direktor bildirib ki, o cərimələri özəl xəstəxanaların birində psixiatr vəzifəsində çalışaraq qazandığı maaşla ödəyib.

O, fonddan yığılan pulu Zamin Əliyevdən aldığını deyib: "Zamin doktor şöbə müdiri işlədiyi zamandan güvənilən biri olub. Hamı bilirdi ki, pul xəstəxananın ehtiyacları üçün xərclənir. Heç bir gizli işimiz olmayıb. Müxtəlif vaxtlarda Zamin doktordan 1000, 1100, 1700 manat pullar götürüb təsərrüfat işlərinə xərcləmişəm. Narkoloji Mərkəzə qəbulla bağlı isə heç bir pul alınmayıb. Könüllü verilənlər götürülüb".

O, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib: "Özümü qismən təqsirli bildiyim məsələ vəzifəmi layiqincə yerinə gətirə bilməmək olub. Bəzi boşluqlar olub və mən bilməmişəm. Heç vaxt komissiyasının üzvü olmamışam. İddia edildiyi kimi 250 manat alıb kiməsə sənəd verməmişəm".

Mərkəzdə işləyən həkimlərin fəaliyyətinin uzadılması ilə bağlı sualları cavablandıran sabiq direktor bildirib ki, onun eıə bir səlahiyyəti olmayıb. Bu işlərə Səhiyyə Nazirliyi baxır.

Daha sonra Zamin Əliyev ifadə verib. O bildirib ki, müalicə alan şəxslərin xəstəxanaya verdiyi ziyanı da ödəməyə çalışıblar: "Bizim xəstəxanalardakı xəstələr digər xəstəxanalardakılar kimi normal deyildilər. Onlar maddənin təsiri altında şüşə sındırıb, ziyan verib, nəsə edibsə bunu əlbəttə biz ödəyirdik. Əlavə edim ki, digər xəstəxanalardan fərqli olaraq bizdə xəstələr qəbul olunduqdan sonra həkim gəlib xəstəni görürdü. Elə vaxt olub ki, xəstə yerləşdirilib sonra ailəsinin xəbəri olub. Mümkün deyildi ki, biz ailədən pul istəyib xəstə qəbul edək". 

O, bildirib ki, dərman çatışmazlığı problemində də pulu onlar verib: "Elə xəstələr var idi ki, həm narkotik problemi vardı, həm də plemaniya xəstəliyindən əziyyət çəkirdi. Bizim əlimizdə isə sadəcə psixotrop - asılılıqdan xilas edəcək dərmanlar vardı. Müalicə üçün valideynlərdən xahiş edirdik. Eləsi var imkanı olmurdu, elə xəstə var idi ailəsi yox iidi