2022-ci ildən bəri hindistanlı iş adamı və Asiyanın ən varlı adamı Mukeş Ambaninin Hindistan holdinqi olan Reliance Industries milyardlarla dollar dəyərində Rusiya nefti alıb.
1xeber.media xəbər verir ki, bu barədə Hindistan hökumətinin məlumatlarına istinadən The Washington Post (WP) məlumat yayıb.
Nəşrin məlumatına görə, 2022-ci ildən bəri Reliance Industries 33 milyard dollarlıq xam neft alıb ki, bu da Rusiyanın ixrac etdiyi bütün neftin təxminən 8 faizini təşkil edir. 2021-ci ildə cəmi 85 milyon dollar dəyərində neft alınıb. Nəşrin məlumatına görə, xam neft son illərdə güzəştli qiymətlərlə alınıb və Ambaniyə xeyli gəlir gətirib.
Şirkət Rusiya neftinin alınmasının “münaqişə ilə bağlı siyasi mövqeyi əks etdirmədiyini” və idxalın “həmişə beynəlxalq qaydalara tam uyğun olduğunu” vurğulayıb.
"Böyük Britaniya və Aİ sanksiyalarının ekstraterritorial tətbiqi yoxdur və nə Böyük Britaniya, nə də Aİ üzvü olmayan qurumlara birbaşa şamil edilmir. Bu səbəbdən Reliance neftin çatdırılması üçün belə gəmiləri qəbul edə bilər", - korporasiya bildirib.